Goranboyda qarlı hava qəzaya səbəb olub FOTO

11.02.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qazanbulaq kəndi yaxınlığında qeydə alınıb.

Kəlbəcər rayon sakini, 1978-ci il təvəllüdlü E. Əliyevin idarə etdiyi 2107 markalı avtomobil Goranboy şəhər sakini, 1990-cı il təvəllüdlü Z. Əşrəfzadənin idarə etdiyi “Mazda” markalı minik maşını ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, hadisə yolunun qarlı olması səbəbindən baş verib.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью