Goranboyda qayınana gəlinini tir tüfəngi ilə VURDU

14.05.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Goranboyda qadın tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü N.Xudaverdiyeva tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə onun qayınanası, 1968-ci il təvəllüdlü G.Xudaverdiyeva şübhəli bilinir.

Atəşin ehtiyatsızlıqdan açıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью