Goranboyda qeyri adi FACİƏ: Qadın öldü

26.10.2026

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Goranboyda bədbəxt hadisə baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 35 yaşlı  L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadının həyat yoldaşı evin həyətində ağacı kəsən zaman ağac işıq dirəyinin üstünə aşıb. Bu zaman işıq dirəyi qadının üstünə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью