Goranboyda qəza oldu Yaralılar var

01.12.2024

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə sakinləri Goranboyda qəzaya düşüb.

"Unikal"ın məlumatına görə yol-nəqliyyat hadisəsi Qızılhacılı qəsəbəsi ərazisində baş verib. Qəza zamanı Gəncə sakini olan bir ailənin iki üzvü - 1974-cü il təvəllüdlü Əliyev Səlim Yusif oğlu və 1963-cü il təvəllüdlü Əliyeva Nailə Yusif qızı müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью