Goranboyda qəza oldu Yaralılar var

01.12.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə sakinləri Goranboyda qəzaya düşüb.

Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə yol-nəqliyyat hadisəsi Qızılhacılı qəsəbəsi ərazisində baş verib.

Qəza zamanı Gəncə sakini olan bir ailənin iki üzvü - 1974-cü il təvəllüdlü Əliyev Səlim Yusif oğlu və 1963-cü il təvəllüdlü Əliyeva Nailə Yusif qızı müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью