Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayonun Nadirkənd kəndi ərazisində keçən hissəsində qeydə alınıb.
Hərəktədə olan "KİA" markalı minik maşını qoşqulu traktora çırpılıb. Ərazidə qəzanı görən "Qazel" markalı yük maşını idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı dəmir arakəsməyə dəyib, daha sonra isə yolun kənarına aşıb. Nəticədə minik maşınının sürücüsü, Goranboy sakini 1994-cü il təvəllüdlü R.Gülməmmədov xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.
Tural Əhmədov