Goranboyda qəzada yaralanaların vəziyyəti necədir? YENİLƏNİB

02.11.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı-Qazax magistral yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3 kişi, 2 qadın) noyabrın 2-də saat 06:00 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan ikisinin vəziyyəti orta ağır, üçünün vəziyyəti stabil qiymətləndirilir", məlumatda deyilir.

***

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ” markalı minik avtomobili idarəetmədən çıxaraq yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı avtomobildə olan ailənin beş üzvü xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb, hazırda onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью