Goranboyda qəzalı binanın bloku ÇÖKDÜ FOTO/VİDEO

26.11.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Goranboyda bir neçə gündür qəzalı vəziyyətdə olan binanın bir hissəsi uçub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 5 mərtəbəli binanın bloku uçub.
 

Bir neçə gün öncə 60 mənzilli binanın 5-ci girişində birinci mərtəbə uçmuşdu. Həmin gündən əhali təxliyə olunmuşdu, binada yaşayış yox idi.


Bu gün isə saat 21:30 radələrində həmin binanın 5-ci girişi tam olaraq çöküb. Xəsarət alan yoxdur.
Rayon icra hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin yerli qurumları hadisə yerindədir.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью