Goranboyda qəzaya düşən qardaşların son vəziyyəti açıqlandı

03.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəza nəticəsində xəsarət alan iki nəfər (kişi) sentyabrın 2-də saat 20:10-da Goranboy Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, ötən gün Goranboyun Zeyvə kənd sakini, 1996-cı il təvəllüdlü Nuravi Kərimov VAZ-2106 avtomobili 1987-ci il təvəllüdlü, Səfükürd kənd sakini İnarə Həsənovanın "Chevrolet" markalı maşını ilə toqquşmuş, nəticədə iki qardaşın xəsarət aldığı bildirilmişdi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью