Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Goranboyda əmioğluların arasında baş verən mübahisə qanla bitib.
"Unikal"ın məlumatına görə, rayonun Sarovlu kənd sakini 1994-cü il təvəllüdlü B.Mürsəlli bud nahiyəsinin bıçaq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yeləşdirilib. Ona dərhal yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, Sarovlu kənd sakini 2002-ci il təvəllüdlü K.Mürsəlli və əmisi oğlu, Sarovlu kənd sakini 1994-cü il təvəllüdlü B.Mürsəllinin arasında münaqişə baş verib. Münaqişə zəminində K.Mürsəlli əmisi oğlu B.Mürsəlliyə bədənin bud nahiyəsinə bıçaqla xəsarət yetirib. Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.
Tural Əhmədov