Goranboyda sevgilisi qadını bıçaqladı

22.11.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nərimanlı kəndi ərazisində qeydə alınıb. Lerik rayon sakini 1990-cı il təvəllüdlü Samir Akif oğlu İbrahimov, qeyri-rəsmi münasibətdə olduğu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Gözəl Rasim qızı Fərəcovanı bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub, sonra avtomobillə üzərindən keçdiyi bildirilir.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью