Goranboyda “Shacman” minik maşını ilə toqquşdu Foto

15.01.2025

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Goranboy rayonunda yük maşını minik maşını ilə toqquşub.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə rayonun Meşəli kənd ərazisində baş verib.

Borsunlu kənd sakini 33 yaşli Akşin Rüstəmov idarə etdiyi "Shacman" markalı maşınla Xocalı rayon sakini, müvəqqəti olaraq Aşağı Ağcakənd qəsəbəsində yaşayan 23 yaşlı Tacir Rəvəbovun idarə etdiyi "VAZ 015" markalı avtomobil toqquşub. Qəza zamanı minik maşınının sürücüsü xəsarət alıb.

Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью