Goranboyda sirkə turşusu qadının həyatına son qoydu

31.07.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Goranboyda qadın sirkə turşusundan zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə Borsunlu kəndində baş verib.

Kənd sakini 47 yaşlı Omelya Cümşüd qızı Safarova yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью