Goranboyda təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürüb

22.02.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı Qazax yolunun Goranboy rayonu ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 21 yaşlı C. Orucovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Piyadanı vuran avtomobilin təcili tibbi yardım avtomobili olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью