Goranboyda torpaq sürüşməsi 1100 abonenti susuz qoydu FOTO

24.11.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində torpaq sürüşməsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, sürüşmə nəticəsində kənd ərazisindən keçən diametri 219 mm olan magistral su borusu zədələnib. Nəticədə 1 100 abonentin içməli su təchizatı müvəqqəti dayandırılıb.

Hadisə ilə əlaqədar əraziyə Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları cəlb olunub.

Qurumun əməkdaşları tərəfindən qəza operativ şəkildə aradan qaldırılıb və abonentlərin içməli su təchizatı bərpa edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью