Goranboyda toydan çıxan içkili gənc özünə XƏSARƏT YETİRDİ

26.04.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Goranboy rayonunun Kəpənəkçi kəndində toydan çıxan yeniyetmə damarlarını kəsib.

Oxu.Az Teleqraf-a istinadən xəbər verir ki, toydan çıxaraq evinə gedən 2007-ci il təvəllüdlü Hüseyn Əsgərov bu addımı içkinin təsiri altında atıb.

O, yaxınları tərəfindən xəstəxanalardan birinə çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta ağırdır.

18 yaşlı gəncin hansı səbəbdən damarlarını kəsdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью