Goranboyda Türkiyə vətəndaşı öldü

07.03.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Goranboyda 50  yaşlı Türkiyə vətəndaşı ürəktutmadan ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. TIR-da sərnişin qismində əyləşən 1975-ci il təvəllüdlü Türkiyə vətəndaşı T.M.Kamalpaşa özünü pis hiss edib. O bir neçə dəqiqədən sonra dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib. Onun ürəktutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью