Goranboyda YDM yandı FOTO

12.03.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Goranboyda yanğın hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Goran qəsəbəsində baş verib.

Qəsəbə ərazisində yerləşən Nərimanlı kənd sakini 1959-cu il təvəllüdlü C.Cəfərova məxsus Nukoil YDM-də təmir işləri aparan zaman anidən  yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yanacaqdoldurma məntəqəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью