Goranboyda yük maşını körpüdən çaya aşıb, sürücü ölüb

08.02.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.

Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью