Goranboyda yük maşını obyektə çırpıldı Yaralılar var+Yenilənib

07.09.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Goranboyda yük avtomobili obyektə çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.

Yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə nəticəsində Kənan Məmmədov (2003), Sənan Məmmədov (2002) xəsarət alıb.

Yunis Quliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью