Goranboyda yük maşınları toqquşub, xəsarət alan var VİDEO YENİLƏNİB

19.12.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “FORD” və “KAMAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “FORD” markalı avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1990-cı il təvəllüdlü Cəfərov Arzu Qərib oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

10.47

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralında qeydə alınıb. "Ford" markalı yük maşını "KaMAZ "markalı yük avtomobilinə arxadan çırpılıb. Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin Xususi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Avtmobildə sıxılmış vəziyyətdə qalmış "Ford"un sürücüsü 1990-cı il təvəllüdlü A.Cəfərov xilasedicilər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью