Goranboyda zəncirvari yol qəzası baş verib

30.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Goranboy rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Goranboy–Ağcakənd avtomobil yolunun Səfikürd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes", "VAZ 2107" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью