Goranboyun icra başçısı şəhid atasının evini ziyarət edib FOTOLAR

06.12.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Goranboyda Şəhidlər Xatirə Kompleksi və şəhid atası ziyarət olunub. 

"Unikal" xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, bir qrup məsul şəxlər və şəhid ailələri ilə birgə, əvvəlcə, Goranlı kəndində Şəhidlər Xatirə Kompleksini ziyarət edib, şəhidlərimizin xatirəsi etiramla anılıb. Sonra, Vətən Müharibəsi şəhidi İxtiyar İlqaroğlunun atası İlqar Əliyevi, səhhəti ilə bağlı evində ziyarət edib, şəhid atasının sosial qayğıları ilə maraqlanıb. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью