Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Goranboy rayonunun Qazanbulaq qəsəbəsi qaz borusunda yaranan sızma səbəbindən qazsız qalıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, ötən axşam saatlarından qəsəbədə olan 189 abonentə təbii qazın verilməsində fasilə yaranıb.
Buna səbəb Borsunlu kəndində tullantıların toplanan ərazidə baş verən yanğın nəticəsində, 110 mm-lik polietilen boruda yaranan qaz sızması olub.
Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür. İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.