Goranobyda qadın sürücü qəza törədib FOTO

15.10.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

1973-cü il təvəllüdlü Şəfaqət Əhmədova "BYD" markalı avtomobillə idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq açıq sahəyə yuvarlanıb.

İlkin məlumata görə, qadın sürücü yüngül xəsarət alıb. 

Faktla bağlı araşdırma başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью