“Gördüm ki, “KamAZ”lar gəldi çıxdı üstümə” Video

16.02.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Ucarda 14 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 “Qafqazinfo”nun məlumatına görə, qəza nəticəsində 2 nəfər həlak olub, 11 nəfər xəsarət alıb. 

Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verən zaman yolda qatı duman olub:

“Hava dumanlı idi. Maşını saxlayıb yerə düşəndə gördüm qarşıda 2 maşın toqquşub. Dedim bu dumanda heç kəs görməyəcək, gəlib bizi vuracaq. Maşını kənara çəkmək istəyəndə gördüm ki, “KamAZ”lar gəldi çıxdı üstümə”.

Faktla bağlı araşdırma aparılır”.

Ətraflı “Baku.TV”nin videomaterialında:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью