“Gördüyüm işlər onları qane etməyibsə, orda qalmağın da mənası yox idi” | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır. Tarixində ilk dəfə avrokuboklara, daha dəqiqi, Konfrans Liqasına vəsiqə qazanan “Ar
Bir neçə futbolçu ilə müqaviləni yeniləyən naxçıvanlıların srağagünkü qərarı təəccüb doğurdu.
Belə ki, klub rəhbərliyi Vadim Abdullayevlə yolları ayırmağı lazım bildi.
30 yaşlı yarımmüdafiəçi ilə söhbətdə bu qərarın səbəblərini aydınlaşdırmağa çalışdıq.
Xatırladaq ki, Vadim 2022-nin yayından bu komandanın formasını geyirdi.- “Araz-Naxçıvan”ın Konfrans Liqasına vəsiqə qazanmasında əsas rol kimə məxsusdu – baş məşqçiyə, yoxsa futbolçulara?– Burda tək bir tərəfin adını çəkmək düzgün olmaz.
Sürücüdən tutmuş futbolçulara, məşqçilərdən klub işçilərinə qədər hər kəsin əməyi var. Azarkeşlərin də öz rolu oldu.
Komanda tarixə düşdü və mən də bu tarixin bir parçası olduğuma görə qürurluyam.- Bu heyətlə Konfrans Liqasında bir mərhələ keçmək mümkün olacaqmı?- Heyəti necə quracaqlarını bilmirəm.
Orda yerli futbolçular və məşqçi heyəti varsa, onlarla hara istəsələr, getmək olar. Mənim üçün hər birinin dəyəri ayrıdı.
Tam oxu
Xəbəri oxu