Görədildə evdən 10 minlik oğurluq edildi

06.12.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Binəqədi rayonunun Görədil kəndində yerləşən evlərin birindən oğurluq olub.

"Cebheinfo.az" DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10 000 manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью