Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Abşeron rayonu İlqar Yusifov adına Görədil kənd tam orta məktəbinin direktoru Rəmziyyə Heydərovanın təşəbbüsü və məktəbin müəllimi Xumar Həsənovanın təşkilatçılığı ilə VI A sinfinin şagirdləri Vətənimizin qəhrəman oğlu, şəhid baş leytenant Hüseyn Nəcəfzadənin ailəsini ziyarət ediblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Şəhidimizin mövlud günündə onun əziz xatirəsini əbədiləşdirmək məqsədilə şagirdlər tərəfindən ağac əkilib.
Tədbirdə 6-cılar şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.
Xatırladaq ki, Şəhid Hüseyn Nəcəfzadə 11 oktyabr 1997-ci ildə Abşeron rayonu Saray qəsəbəsində doğulub, hərbi xidmət dövründə Kəlbəcər, Tərtər və Suqovuşanın azad edilməsi uğrunda medalllarla təltif olunub. Baş leytenant rütbəsi daşıyan Hüseyn Nəcəfzadə 16 sentyabr 2022-ci ildə Kəlbəcər rayonunda şəhidlik zirvəsinə ucaldılmışdır.