Görəsən, rayon rəhbərliyin bundan xəbəri var?

06.03.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Aparıcı Xoşqədəm Hidayətqızı Göyçayda itlərə işgəncə verilməsi ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, aparıcı həmin videonu yayımlayaraq, heyvanların ac saxlanıldığını bildirib. O iddia edib ki, heyvanlar oktyabrdan tövlədə saxlanılır.

"Bu videonu Göyçaydan göndəriblər. Deməli, oktyabrdan itləri aparıb bir tövləyə yığıblar. Orada ac, susuz saxlayırlar. Görəsən, rayon rəhbərliyin bundan xəbəri var? Heyvanlara qarşı acımasız olan yaxşı bir insan ola bilməz" deyə, Xoşqədəm paylaşımında yazıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью