Icma.az bildirir, Oxu.az portalına istinadən. Bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan görkəmli aktyorumuz, Dövlət mükafatı
Oxu.Az xatırladır ki, Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub.
Burada 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub.
İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.
1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.
Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət Radiosunda diktor işləyib.
1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib.
Kino aktyoru kimi ildən-ilə məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevralın 2-də "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib.