Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 29-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli kinorejissor Eldar Quliyevin anadan olmasının 85 illiyi qeyd ediləcək.
Bu barədə AZƏRTAC-a Dövlət Film Fondundan məlumat verilib.
Bildirilib ki, tədbirdə rejissor Əfqan Yusifovun görkəmli sənətkara həsr olunmuş “Ən vacib müsahibə 2” sənədli filmi nümayiş etdiriləcək.