Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair-yazıçı, professor Məmməd İsmayılın anadan olduğu Tovuz rayonunun Əsrik kəndində bürüncdən ibarət büstünün açılışı olub.
Kulis.az xəbər verir ki, şairin məzarı ətrafında xüsusi olaraq "Məmməd İsmayıl Xiyabanı" salınıb.
Şairin xatirəsini yad etmək istəyənlər bu xiyabana – Əsrik kəndinin girişində yerləşən qəbiristanlığa üz tuta bilərlər.
Qeyd edək ki, şair öz arzusu və vəsiyyətinə uyğun olaraq, kəndə hakim olan, bütün doğma elini ayaqları altında görə biləcəyi hündür bir təpədə dəfn edilib.
Ailə üzvləri və sevənləri şairin yoxluğunu Azərbaycan ədəbiyyatı və cəmiyyəti üçün böyük itki adlandıraraq, onun xatirəsinin hər zaman qəlblərdə yaşayacağını, qoyub getdiyi zəngin ədəbi irsin heç vaxt silinməyəcəyini vurğulayıblar.
Almaniyada Kelt mədəniyyətinə aid nadir məzar tapıldı Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı Lent.az-ın 18 yaşı tamam oldu