“Görmədiyim rus qadınla nikaha girmişdim”

16.11.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əməkdar artist Vasif Məhərrəmli Bakıya köçdüyü ilk illərlə bağlı maraqlı etiraf edib.

Axşam.az xəbər verir ki, müğənni bu barədə aparıcı Rövşanə Ağasəfqızının “Rövşanə ilə gündəm” verilişində danışıb. Sənətçi Bakıda qeydiyyata düşmək üçün rus qadını ilə nikaha girdiyini açıqlayıb:

“1989-cu ildə Bakıya gəlmişəm. Atam ev alıb, məni içinə qoyub. Həmin vaxt Bakıda qeydiyyata düşmək üçün, ev alsaq belə, mütləq nikah tələb olunurdu. Ağsaqqalların nəsihəti ilə rus qadını ilə nikaha girmişdim. O qadının axırının necə olduğunu heç bilmirəm. Heç özünü də görməmişdim”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью