Görün cansız manekenin üzərindəki paltonu necə oğurladı VİDEO

07.01.2025

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Görün cansız manekenin üzərindəki paltonu necə oğurladı - VİDEO

İstanbulun Avcılar səmtində maraqlı oğurluq hadisəsi baş verib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Mərkəz məhəlləsində küçədə yerləşən geyim mağazasının qarşısına gələn şübhəli şəxs cansız manekenin üzərindəki paltonu bəyənib və ona baxış keçirməyə başlayıb.

Ətrafdakı vətəndaşlara əhəmiyyət verməyən şübhəli bir müddət paltonun içini və çölünü yaxşıca yoxlayıb. Şübhəli daha sonra cansız manekenin üstündən paltonu çıxarıb.

O, eyni zamanda modelin üzərindən yerə düşən çantanı da götürmək qərarına gəlib.

Şübhəli maneken üzərindən çıxardığı paltonu qatlayaraq mağazanın qarşısından uzaqlaşıb.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью