Görün, ofisin ən çirkli yeri haradır... 10 milyon bakteriya

08.01.2025

Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.

Araşdırmalara görə, orta hesabla bir ofis masasında tualetdən 400 dəfə çox bakteriya var.

Medicina.az xəbər verir ki, bu barədə İngiltərədə araşdırma aparılıb.

Bildirilir ki, orta ölçülü bir masa tualetdən 400 dəfə daha çirklidir.

Ofisdəki kompüter klaviaturasında 7500 bakteriya var.


[v] İnsanların iş həyatında gündə 10 milyon bakteriya arasında işlədiyini ifadə edən araşdırmanın təəccüblü nəticələri belədir:

Mühasiblərin stollarının və telefonlarının hər 2 kvadrat santimetrində 6030 bakteriya, bankirlərdə isə 5400 bakteriya var.

Qrip virusları ofis masalarında 24 saata qədər yaşayır.

İşçilərin 1/5-i yeməkdən əvvəl masalarını təmizləmir.

İşçilərin 20 faizi siçanlarını heç vaxt təmizləmir.

Orta hesabla bir işçi gündə 10 milyon bakteriyaya məruz qalır.

Aygün Nəbiyeva

Medicina.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью