Görünür, bizə həqiqətən zaman lazım imiş Cavid Hüseynov

17.02.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Səbail" Misli premyer-liqasının evdə keçirilən 24-cü tur matçında "Sabah"la heç-heçə etdi - 0:0.

"Football-plus.az" xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Oyunun mahiyyəti və gərginl keçəcəyi əvvəlcədən bəlli idi. Vaxt azlığına görə bəzi detalların üzərində çox çalışa bilməmişdik. Oyunçularımın göstərdiyi xarakterə görə sevinirəm. Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, bir xalla kifayətləndik.
- Son oyunlarda "Səbail" yaxşı mənada fərqli oyun göstərir. Artıq sizin müəyyən taktika üzrə çalışmağa başladığınızı düşünə bilərikmi? Bundan sonra sürpriz nəticələr qeydə alına bilərmi?
- Sevindirici haldı ki, futbol ictimaiyyətinin rəğbətini qazanmışıq. Səhvləri aradan qaldırırıq. Futbolçularım tapşırıqları yerinə yetirmək üçün əllərindən gələni edir. Görünür, bizə həqiqətən zaman lazım imiş.
- Tez-tez hakimə etiraz edirdiz...
- Bugünkü hakimlik yaxşı səviyyədə idi. Təəssüf ki, belə hallara az rast gəlinir. Bəzi məqamlarda emosiyalarımı gizlədə bilmədim. Amma bunlar normaldı.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью