Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Aprelin 14-də avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, dağlıq və dağətəyi rayonlarda görünüş məsafəsi 500-1000 metrədək azalacaq.
Aprelin 14-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Sürücülərə töhvsiyələr
Sürücülərə aşağıdakı tədbirlərə əməl etmələri tövsiyə olunur:
Sürət həddini hava şəraitinə uyğun tənzimləmək Dumanlı hava şəraitində uzaq məsafəni görmək üçün duman işıqlarından istifadə etmək Digər nəqliyyat vasitələri ilə təhlükəsiz məsafəni qorumaq Yol nişanlarına və xəbərdarlıqlara diqqət yetirmək