Görüş baş tutmaya bilər

04.02.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ və İran arasında cümə günü, fevralın 6-na planlaşdırılan nüvə danışıqları ABŞ tərəfinin görüşün Omana köçürülməsi tələbinə razılıq verməməsi səbəbindən baş tutmaya bilər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Axios” mənbələrə istinadən məlumat yayıb.

“Biz onlara dedik ki, ya bu, ya da heç nə, onlar isə “Yaxşı, onda heç nə” dedilər”, - ABŞ rəsmisi deyib.

ABŞ rəsmisi bildirib ki, İran ilkin danışıqlar formatına qayıdarsa, görüşlər bu həftə və ya gələn həftə baş tuta bilər.

Qeyd edək ki, “Reuters” daha əvvəl bildirmişdi ki, İran bu həftə ABŞ-la danışıqların Türkiyədə deyil, Omanda keçirilməsini və yalnız nüvə məsələlərinə dair ikitərəfli danışıqlarla məhdudlaşmasını tələb edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью