Görüş başlandı Ukrayna xalqının taleyi həll olunur

11.03.2025

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ ilə Ukraynanın nümayəndə heyətlərinin görüşü başlanıb.
Amerika tərəfini ABŞ-ın dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Volts təmsil edirlər. Ukraynanın nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Andrey Sibiqa, Prezident Ofisinin rəhbəri Andrey Yermak və müdafiə naziri Rüstəm Umerov daxildirlər.
Tərəflər ABŞ yardımının bərpa edilməsi məsələsini müzakirə edəcəklər. ABŞ-ın kəşfiyyat məlumatlarını Ukraynaya verməsi məsələsi də qaldırılacaq.
Hürr Tərcüman

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью