Görüş Ərdoğanın ev sahibliyi ilə baş tuta bilər

30.05.2025

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Biz İstanbulda danışıqların konkret nəticə verə biləcəyini sübut etdik. Bunun davam etməsini istəyirik".

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Hakan Fidan deyib. 

Ukraynada olan nazir Fidan Ukrayna xarici işlər naziri Andriy Sibiha ilə birgə mətbuat konfransı keçirib.

Nazir Fidan buradakı çıxışında qeyd edib: 

"Biz bu müharibənin davam etməsinə ya göz yumacağıq, ya da bu il ərzində daimi sülhə nail olacağıq. İstanbulda biz sübut etdik ki, danışıqlar konkret nəticələr verə bilər. İnanırıq ki, İstanbulda keçirilən danışıqlarda Tramp, Putin və Zelenskinin bir araya gəlməsi Ərdoğanın ev sahibliyi ilə baş tuta bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью