Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında çərşənbə günü Kremldə baş tutan söhbət faydalı və konstruktiv olub".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.
"ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff bu gün səhər prezidentimiz tərəfindən qəbul edilib. Çox faydalı və konstruktiv söhbət olub", - o bildirib.