Icma.az, Modern.az portalına istinadən məlumat yayır. ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə təklif olunan görüşün Va
Modern.az-ın məlumatına görə, bu barədə o, NATO-nun Baş katibi Mark Rutte ilə görüş zamanı jurnalistlərin sualına cavabında bildirib.
“Bunu düzgün hesab etmədim”,- deyə Tramp səbəbini belə izah edib.
Açıqlama fonunda ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı yeni sanksiyalar elan edib.
“Mən Putinə hörmətlə yanaşıram, amma indi görüşün faydasız olacağını düşündüm.
İstədiyimiz nəticəni ala bilməyəcəkdik”, – deyə o, NATO baş katibi Mark Ryutte ilə birgə mətbuat konfransında söyləyib.
Ağ Ev rəhbəri əlavə edib ki, Putinlə ünsiyyət “xoş keçsə də, nəticə vermir” və görüş gələcəkdə bərpa oluna bilər.
Görüşün ləğvi Vaşinqtonun Rusiyanın “sülh prosesinə səmimi yanaşmadığı” qənaətinə gəlməsi ilə izah olunur.