Görüş Rusiya ərazisində baş tuta bilməz

08.09.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ukrayna Vladimir Putin və Donald Trampla ikitərəfli və ya üçtərəfli görüşə hazırdır, lakin bu görüş Rusiya ərazisində baş tuta bilməz".


Missiya.Az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "ABC News"a müsahibəsində bildirib.

“Bu, ABŞ Prezidenti Donald Trampdan bir siqnal idi və mən dedim: “Cənab Prezident, mən istənilən görüşə hazıram, amma Rusiyada yox”, - Zelenski əlavə edib.

Xatırladaq ki, sentyabrın 3-də Putin Zelenskini danışıqlara hazır olduğu təqdirdə Moskvaya getməyə çağırıb.

Nurlana Əhmədova
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью