Gorusda silahlı insident Merin sürücüsü öldürülüb

25.01.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Bu gün Ermənistanın Gorus şəhərində silahlı insident baş verib.
Yeniavaz.com
xəbər verir ki, hadisə nəticəsində ölüm faktı qeydə alınıb.
Şəhər meri Aruş Aruşanyanın müavini Artyom Ağacanyan NEWS.am-a açıqlamasında bildirib ki, insident zamanı merin sürücüsü həyatını itirib. O, əlavə təfərrüat verməyərək hazırda xəstəxanada olduğunu qeyd edib.
Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib ki, ilkin məlumata görə, qumbara partlaması nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb.
Hazırda cinayət polisi əməkdaşları hadisənin bütün hallarını aydınlaşdırmaq üçün müvafiq tədbirlər həyata keçirir. Araşdırma davam edir.
 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью