Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın Gorus şəhərində baş verən qumbara partlayışı iki nəfərin ölümü ilə nəticələnib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, Ermənistan Daxili İşlər Nazirliyi hadisənin məişət münaqişəsi zəminində baş verdiyini təsdiqləyib.
İlkin məlumatlara görə, partlayış nəticəsində Gorus şəhərinin meri Aruş Aruşanyanın sürücüsü və merin uzaq qohumu həlak olub.
Qeyd edək ki, hadisə zamanı daha bir gəncin də ağır qəlpə yaraları aldığı vurğulanıb.