Gorusdakı partlayışla bağlı təfərrüatlar ortaya çıxdı: Hadisə belə baş veribmiş...

25.01.2026

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Gorus şəhərində baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar prtaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “ArmLur” nəşri məlumat yayıb. Qeyd olunub ki, bartlayış nəticəsində həlak olan Gorus merinin sürücüsü Aren illərdir qohumları ilə məişət məsələləri üzündən mübahisə edirmiş.

Xüsusilə, Aruş Aruşanyanın sürücüsü Aren və qohumu Varujan Yolyan illərdir ki, əcdadlarının malikanəsini paylaşmaq üstündə münaqişəli imiş.

Hətta malikanə ilə bağlı iş məhkəməyə də çatıb, lakin tərəflər məhkəmənin qərarını gözləməyiblər və malikanəni paylaşmaq mövzusu qohumlar arasında o qədər dərinləşib ki, davaya çevrilib və hadisə zamanı qumbara atılıb və iki nəfər, Qoris meri Aren və qohumu Varujan Yolyan ölüb.

***

Ermənistanın Gorus şəhərində silahlı insident baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhərin mer müavini Artyom Ağacanyan məlumat yayıb.

Hadisə nəticəsində mer Aruş Aruşanyanın sürücüsü həlak olub.

Ermənistan Daxili İşlər Nazirliyi isə bildirib ki, qumbara partlaması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью