“Görüşün təxirə salınması ABŞ nin Rusiya ilə münasibətlərindəki strateji ehtiyatlılığın göstəricisidir”

23.10.2025

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşü ləğv etməsinin arxasında bir neçə siyasi amilin dayanması mümkündür”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.

Politoloq qeyd edib ki, ilk növbədə, bu addım Vaşinqtonun Moskva ilə münasibətlərindəki gərginliyin hələ də tam aradan qalxmadığını göstərir: “Tramp administrasiyası Rusiya ilə birbaşa dialoqa hazır olsa da, ABŞ-nin daxili siyasi mühitində Rusiyaya qarşı formalaşmış sərt mövqelər belə bir görüşün keçirilməsini riskli addım kimi göstərə bilərdi. Digər tərəfdən, Trampın “mənə doğru gəlmədi” ifadəsi diplomatik dildə qarşı tərəfdən gözlənilən jestlərin və ya razılaşdırılmış gündəliyin tam formalaşmadığını göstərir. Bu da tərəflər arasında konkret razılaşma və ya nəticə əldə etmədən görüş keçirməyin siyasi baxımdan mənasız olacağı deməkdir”.

Onun sözlərinə görə, nəticə etibarilə, görüşün təxirə salınması ABŞ-nin Rusiya ilə münasibətlərindəki strateji ehtiyatlılığın göstəricisidir: “Tramp administrasiyası bu addımla həm daxili auditoriyaya sərt mövqe nümayiş etdirməyə, həm də gələcək danışıqlar üçün daha əlverişli şərtlər formalaşdırmağa çalışa bilər”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью