“Göstəriş vermişəm ki...” Zelenski

05.03.2025

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiə naziri Rustem Umerova, kəşfiyyat xidmətlərinin rəhbərlərinə və diplomatlara ABŞ ilə əlaqə saxlamağı və Amerikanın Kiyevə hərbi yardımının gələcəyini aydınlaşdırmağı tapşırıb.
Demokrat.az xəbər verir ki, o bu barədə teleqram kanalında yerləşdirdiyi videomüraciətdə bildirib.
“Bu gün bir çox insanın bir sualı var: Amerikanın köməyi ilə bundan sonra nə baş verəcək? İnsanlar təxmin etməməlidir. Mən Ukraynanın müdafiə nazirinə, bizim xüsusi xidmət orqanlarının rəhbərlərinə, diplomatlara göstəriş vermişəm ki, Amerikadakı həmkarları ilə əlaqə saxlasınlar və rəsmi məlumat alsınlar”, - Ukrayna lideri deyib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinə son qoymaq üçün Kiyevin ABŞ ilə normal tərəfdaşlıq münasibətləri vacibdir.
Xatırladaq ki, martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью