Göy məscid məsələsi UNESCO ya çıxarılmalıdır Novella Cəfəroğlu

13.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Bu məscidin Azərbaycan türklərinin milli-mənəvi sərvəti olduğu təsdiqlənməlidir “Qonşuluq siyasəti bizi arxayınlaşdırmamalıdır, ilanın qarası da, ağı da birdir”

“Çox əsəbiləşdim, onların bu həyasız hərəkətindən. Başqasına aid olanı bu cür həyasızcasına mənimsəyə bilmək üçün insanlıqdan, mədəniyyətdən kənar olmaq lazımdır. Mədəni insanlar belə hərəət etmir, hər bir xalqın milli sərvətinə hörmətlə yanaşırlar. Amma bizim qonşularımızda qanacaq, mərifət yoxdur”.

Bu sözləri Sherg.az-a açıqlamasında D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, ictimai xadim Novella Cəfəroğlu söyləyib.

Qeyd edək ki, İrəvandakı qədim Azərbaycan məscidinin, hansı ki İrəvan xanı Hüseynəli xan tərəfindən XVIII əsrdə, təxminən 1760-cı illərdə inşa edilib və özündə Azərbaycanın qədim memarlıq ənənələrini yaşadır, məscidin iclas zalına erməni şairinin adı verilməsi və bu mərasimin də İran İslam Respublikasının vitse-prezidenti Seyid Həmid Purməhəmmədin iştirakı keçirilməsi ölkəmizdə haqlı narazılığa səbəb olub.

Sherg.az-a açıqlamasında N.Cəfəroğlu bildirdi ki, bu məsələ mütləq UNESCO-da qaldırılmalı, Göy məscidin Azərbaycan türklərinin milli-mənəvi sərvəti olduğu təsdiqlənməlidir: 

- Əlbəttə, çox əsəbiləşmişəm bu hadisəyə görə. Onlar nə sülh sazişini, nə də Zəngəzur məsələsini heç gündəmə gətirmirlər. Onlar indi İranla bir yerdə müharibəyə hazırlaşırlar. İran onlara böyük miqyasda hərbi sursat satır, onların əsgərlərinə İran hərbçiləri təlim keçirlər. Məni narahat edən budur ki, biz həmişə müqavimət göstərməyə hazır olmalıyıq. Bu məsələni isə UNESCO-da qaldırmalıyıq, beynəlxalq təşkilatlar bu işə qarışmalıdır. Bircə onu bilirəm ki, biz illərlə onlarla – Ermənistan tərəfinin hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti ilə işləmişik. Çoxu “andronikdi”, “nijde”di, “balayandı”! Biz qonşuluq siyasətimizi davam etdirməliyik, amma bunu yadda saxlamalıyıq ki, ilanın qarası da ağı da birdir. Qarasına da lənət, ağına da. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью